ONN İnformasiya Agentliyi

Mir Şahin Ağayev bu telekanala rəhbər gətirilir – İDDİA

Mir Şahin Ağayev bu telekanala rəhbər gətirilir – İDDİA
10 Noyabr 2017 - 11:47
Fəaliyyəti dayandırılmış ANS Şirkətlər Qrupunun vitse-prezidenti, tanınmış telejurnalist Mir Şahin Ağayev “CBC TV”-yə (“Caspian Broadcasting Company”) rəhbər vəzifəyə gətirilir.
ONN media Ölkə.az-a istinadən xəbər verir ki, Mir Şahin Ağayev təsisçilər tərəfindən edilən təklifə hələlik müsbət cavab verməyib.
Məlumata görə, “CBC TV” rəhbərliyi Mir Şahin Ağayevin adıçəkilən telekanala gətirilməsində israrlıdır.
“Hazırda “CBC TV” rəhbərliyi ilə Mir Şahin Ağayev arasında danışıqlar gedir”, – deyə əldə etdiyimiz məlumatda qeyd olunur.
Məsələ ilə bağlı Mir Şahin Ağayevlə də telefon əlaqəsi saxladıq. O, bu barədə danışmaq istəmədiyini bildirdi.
ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png