Mirzə lap bekar qalıb – Cavid İSMAYIL yazır

Hörmətli – Yunus OĞUZUN, “Cızığından çıxan” felyetonuna.

Real həyatımızın gerçək üzü əks edilib bu
felyetonda.  Bu gün, Molla Nəsrəddin
qaydası ayağını cızıqdan qırağa çıxaranlar biraz aktivləşib. Doğrudan da
insanlarımız qəribədir. Elə cəmiyyətimizdə maraqlıdır. Cibində komunist partiya
biletini saxlayıb qoruyan, bəlkə də qaytardılar “əqidə”silə hava alanlar, məruzəsi
hələ sovetlər birliyi dönəmindən hazır olub bütün dövr və zamanlarda çoxşahəli
“əqidə” sahibləri, rəhbər kim olur olsun cibində şablon məruzəsi hazır olub sadəcə
yeni rəhbər olduqca həmin “sınaqdan” keçmiş məruzəsində yalnız ad dəyişərək
eyni məzmunu uca səsdən, böyük pafosla söyləyənlər hələ də aramızda və fəaliyyətdədirlər.

Zamanında 
tarix də göstərdi ki, ümummilli lider Heydər Əliyev irad bildirdiyi kimi, pencək saxlayıb özünə şərəf
bilənlər zaman dəyişdikcə yenə pencək saxlayıb “şərəfləndilər”. Lakin pencək
sahibləri dəyişdi. Pencək tutanlar isə, elə yenədə qaldı. Pencək tutanlar bu
gün də zəmanəmizdə mövcuddular. Məhz belələri Vətənimiz və Dövlətimiz üçün çox
təhlükəlidirlər.

Dəyərli Yunus bəy,
üç rəngli bayrağımızın müqəddəsliyini belələri necə anlasın?!

Elə kitab alıb rəflərə
doldurmaqla, özlərini ziyalılara oxşadıb cəmiyyətimizdə “baş bilən” azmıdır?!

Vətənə nə olursa
olsun, təki xarici ağalarım məndən razı qalsın, ağalarım qarşısında öhtəliyimi
yerinə yetirim, güzaranım yaxşı olsun deyənlər bir yana, bəhs onların iç üzünü
necə, görməmək də o qədər zordur?

“Tarix-Nadir”
kitabını yarıya qədər oxuyan birisi kimi, bu Mirzə dostunuzu da heç mən də
anlamıram. Ay Mirzə mişar daşının belə xod gedən vaxtında o nə təklifdi  verirsən?

Mirzə, bekar
qalmısan? İndidə – Vətən! Vətən! deyə hayqırırsan.