MN məlumat yaydı- YALANDIR!

Ermənistan tərəfi dezinformasiya yayıb.

Bu barədə ONN media-ya Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

“Azərbaycan Ordusunun bölmələri tərəfindən guya tibb maşınına atəş açılması barədə Ermənistan mətbuatında yayılan məlumatlar yalandır, dezinformasiya xarakteri daşıyır”, – nazirlikdən bildirilib.