ONN İnformasiya Agentliyi

MSK seçkilərin nəticələrini açıqladı- RƏSMİ

MSK seçkilərin nəticələrini açıqladı- RƏSMİ
11 Fevral 2024 - 19:36

Azərbaycanda fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərində namizədlərin topladığı yekun səslər məlum olub.

ONN media xəbər verir ki, bu, Mərkəzi Seçki Komissiyasının prezident seçkilərinə dair protokolunda öz əksini tapıb.

Beləliklə, İlham Əliyev 92,12% (4 567 458 səs) səslə seçkilərin qalibi olub.

Digər namizədlərin səs faizi aşağıdakı kimidir:

Prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc – 2,17 faiz (107 632 səs);

Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa – 1,99 faiz (98 421 səs);

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev – 1,72 faiz (85 411 səs);

Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev – 0,80 faiz (39 643 səs);

Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev – 0,66 faiz (32 885 səs);

Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev – 0,54 faiz (26 517 səs).

Xatırladaq ki, növbədənkənar prezident seçkilərində seçici fəallığı 76,43 faiz olub

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png