MSK üzvü: “Seçkilərdə müşahidəçilərin iştirakı əhatəli şəkildə təmin olunacaq”

“Azərbaycanda mövcud sağlam seçki mühiti müşahidəçilərin seçki prosesində iştirakına olan marağı daha da artırır”.

ONN media xəbər verir ki, bu fikirləri secki-2020.az saytına açıqlamasında Mərkəzi Seçki Komissiyasının üzvü Qabil Orucov bildirib. O, qeyd edib ki, 9 fevralda ölkədə keçiriləcək parlament seçkilərində istər yerli, istərsə də beynəlxalq müşahidəçilərin iştirakı əhatəli şəkildə təmin olunacaq.”Hesab edirəm ki, seçki prosesində aşkarlıq institutunun tətbiq edilməsi seçki qanunvericiliyinin tələblərinə tam şəkildə əməl olunmasına böyük dəstək olacaq”, – deyə Q.Orucov bildirib.