ONN İnformasiya Agentliyi

“Müasir Azərbaycan dilinin qrammatikasını yaratmağa ehtiyac var” – AKADEMİK

“Müasir Azərbaycan dilinin qrammatikasını yaratmağa ehtiyac var” – AKADEMİK
28 Dekabr 2017 - 18:57

"Yaxın zamanda bir çox qədim dillərin öyrənilməsi üzrə mütəxəssislərimiz yetişəcək. Artıq akademiyada bu sahə üzrə kadrlar hazırlanır.

ONN media xəbər verir ki, bu sözləri AMEA-nın vitse prezidenti, akademik İsa Həbibbəyli deyib.

O bildirib ki, terminologiya istiqamətində ciddi işlər aparılır, dilə daxil olan terminlərin qarşılığı tapılır: “Dövlət dilinin imkanlarının genişləndirilməsi alimlərimizin məşğul olacağı sahələrdən biridir. Dilçilik İnstitutunun Monitorinq şöbəsi mətbuat orqanları ilə çox yaxşı işləyir. Hər rübdə mətbuatın monitorinqini aparır, monitoriq şöbəsi mətbuatın dilinə fəal şəkildə müdaxilə edə bilir. Media da bu əməkdaşlıqda maraqlıdır”.

İ.Həbibbəyli həmçinin yeni orfoqrafiya və orfoepiya lüğətinin çap edilməsinin vacibliyindən danışıb:

“Orfoqrafiya qaydalarının yenidən işlənməsinə ehtiyac var. Altı dəfə orfoqrafiya lüğəti çap olunub. Hesab edirəm ki, yenidən orfoqrafiya və orfoepiya lüğətləri çap edilməlidir. Akademiya tərəfindən yeni orfoqrafiya qaydaları hazırlanıb. Orfoqrafiya komissiyasına göndərilib. Orfoepiya lüğəti də uzun illərdir hazırlanmır. Bu gün əlimizdə elm adamları tərəfindən hazırlanmış orfoepiya lüğəti hazırda yoxdur. Sonuncu dəfə bu lüğət Fəxrəddin Veysəlli tərəfindən hazırlanıb, yeni lüğət hazırlananda həmin lüğət də mənbə kimi istifadə ediləcək”.

İ.Həbibibbəyli qrammatika qaydalarına da yenidən baxılmalı olduğunu bildirib:

“Müasir Azərbaycan dilinin qrammatikasının hazırlanmasından 50 il keçir. Müstəqillik dövrünün müasir Azərbaycan dilinin qrammatikasını yaratmağa ehtiyac var. Artıq Dilçilik İnstitutunda qrammatikanın hazırlanması müzakirə edilir. Bir ay ərzində bu işlər yekunlaşacaq”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png