Müavinət və təqaüd alanların nəzərinə!

Yanvarın 26-da bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub.

Bu barədə ONN media-ya Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Qeyd edək ki, yanvarın 10-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda, 16-da isə ölkəmizin bölgələrində yaşayan şəxslərin yanvar ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.