Mübariz Mənsimov obyektlərini satır

Türkiyədə yaşayan və biznes quran azərbaycanlı iş adamı Mübariz Mənsimov Bakıdakı mülklərini satışa çıxarıb.ONN media bildirir ki  Biznesmenə məxsus "Palmali" şirkətinin Bakı şəhərinin Nərimanov rayonu, Məmməd Araz küçəsi 27 ünvanında ("Milyonerlər məhəlləsi" adlanan ərazi) yerləşən dörd mərtəbəli ofisi satışa çıxarılıb.

Ofisə ilkin olaraq beş milyon manat qiymət qoyulub. Bildirilir ki, Mübariz Mənsimova məxsus olan Bakıdakı digər obyekt və yaşayış sahələri də satışa çıxarılıb. Onlar arasında Təbriz küçəsindəki çoxmərtəbəli binada yerləşən mənzillər və qeyri-yaşayış sahələri də var.

Biznesmen Bakıdakı mülklərinin satışı işini bacısının həyat yoldaşı, tanınmış biznesmen Aşur Ağayevə tapşırıb