ONN İnformasiya Agentliyi

Müdafiə Nazirliyi yeni məlumat yaydı

Müdafiə Nazirliyi yeni məlumat yaydı
08 May 2023 - 18:16

Mayın 8-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Milli Müdafiə Universitetinin rektoru professor Erhan Afyoncunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb, Türkiyə ilə hərbi-təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

Bu barədə ONN media-ya Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Müdafiə naziri qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Nazir qardaş ölkə ilə digər sahələrdə olduğu kimi hərbi təhsil sahəsində də əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edib.

Yenidən ölkəmizə səfər etməsindən razılıq ifadə edən professor E.Afyoncu isə öz növbəsində göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Ölkələrimiz arasında digər sahələrdə olduğu kimi hərbi təhsil sahəsində də əməkdaşlığın əhəmiyyətini xüsusi vurğulayıb.

Görüşdə hərbi təhsil sahəsində birgə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

Daha sonra türkiyəli nümayəndə heyəti müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevlə görüşüb.

Görüşdə Türkiyə Milli Müdafiə Universiteti ilə qarşılıqlı təcrübə mübadiləsinin aparılmasının Azərbaycan Ordusunda peşəkar kadr heyətinin formalaşmasına müsbət təsir etdiyi qeyd edilib və digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png