ONN İnformasiya Agentliyi

Multikulturalizm: Beynəlxalq təcrübə və Azərbaycan nümunəsi

Multikulturalizm: Beynəlxalq təcrübə və Azərbaycan nümunəsi
29 Yanvar 2018 - 19:57

“Azərkitab- Kitab Təbliğatı Mərkəzi”ndə Gürcüstan-Azərbaycan ədəbi, ictimai, mədəni, elmi,dostluq əlaqələrinin inkişafına, o cümlədən multikulturalizm dəyərıərinə həsr olunan dəyirmi masa keçirildi.

   Dəyirmi masada çıxış edənlər Azərycan- Gürcüstan əlaqələrinin bütün sahələrdə  yaxşı səviyyədə olduğunu qeyd etdilər. Gürcüstanın regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən biri olduğu bir daha çıxışlarda öz əksini tapdı. Müzakirədə səsləndi ki, Azərbaycanla Gürcüstan hazırda  müstəqil dövlətlər kimi, bütün sahələrdə fəal əməkdaşlıq edir. Əslində, Gürcüstan və Azərbaycan oxşar problemlərlə üzləşib və bu məsələlər uzun müddətdir ki, öz həllini tapa bilmir. Məlum olduğu kimi, hər iki ölkənin ərazi bütövlüyü, eləcə də beynəlxalq hüquq normaları kobud şəkildə pozulub.

    “Azərkitab- Kitab Təbliğatı Mərkəzi”nin layihə rəhbəri Mirisrafil Sabir  Həsənovbildirdi ki, cəmiyyətdə kitaba marağın yüksəldilməsi üçün ciddi layihələrə imza atırıq. belə bir önəmli dəyirmi masanın  da “Azərkitab”da keçirilməsi təsadüfi deyil, kitab mədəniyyəti ocağına  çevrilən Mərkəz  geniş çeşidli ədəbiyyatın yayılmasından əlavə, tanınan yazıçılarla, görkəmli elm və mədəniyyət xadimləri ilə  görüşləri,  kitab  təqdimatlarını  yüksək səviyyədə təşkil edir.

    Azərbaycan Respublikakı Prezidenti Adminstrasiyası İctimai- siyasi məsələlər üzrə şöbəsinin bölmə müdürü Qafar  Əliyev Gürcüstan-Azərbaycan ədəbi, ictimai, mədəni, elmi,dostluq əlaqələrinin inkişafına, o cümlədən multikulturalizm dəyərıərinə həsr olunan dəyirmi masanı yüksək qiymətlədirərək qeyd etdi ki, bu əlaqələrin kökü tarixə söykənir.Heç bir qüvvə də  bu əlaqələrin inkişafına mane ola bilməz. Qafar Əliyev vurğuladı ki, Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında ölkəmizlə Gürcüstan arasında bütün sahələrdə əlaqələrin  qorunması və inkişaf etdirilməsi sahəsində həyata keçirilən siyasi istiqamət yeni mərhələdə onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Dəyirmi masada müzakirə olunan  dəyərlərin müasirlərimz tərəfindən də qorunduğu və bu dəyərlərə hörmətlə yanaşıldığı xüsusi qeyd olundu. Gürcü dilinə tərcümə edilən kitablarımızın,o cümlədən  Beynəlxalq Mühəndislik Akademiyasının həqiqi üzvü, hüquq elmləri doktoru Şirxan Adıgözəlovun ”Multikulturalizm: Beynəlxalq təcrübə və Azərbaycan nümunəsi” kitabının  bu dilə tərcüməsi  iki xalq arasıda kitab mədəniyyətinin  bariz  nümunəsi kimi dəyərləndirildi.

Siyasi elmlər doktoru, professor Elman Nəsirli dedi  ki,Gürcüstanla Azərbaycanı hər şeydən əvvəl, Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TRASEKA kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir. Bununla paralel olaraq, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlar daxilində əməkdaşlıq ikitərəfli strateji əlaqələri daha da möhkəmləndirib,Gürcüstanla mədəni əlaqələrimiz də yüksək səviyyədədir.Gürcülərin multikulturalizm fenomeninə beynəlxalq təcrübə və Azərbaycan reallıqları konteksində qiymət verməsi sevindiricidir. Millət vəkili multikulturalizmin Azərbaycan nümunəsinin üstün və  fərqli cəhətlərindən də danışdı.

Şirxan Adıgözəlov kitabının qısa zamanda gürcü dilinə tərcüməsinin iki ölkə arasında mədəni əlaqənin çox yaxşı  olduğundan irəli gəldiyini düqqətə çatdırdı. Dedi ki, beynəlxalq aləmdə etimadsızlıq  mühiti  formalaşmaqda,  irqçilik,  etnik, az qala həyat tərzinə çevrilməkdə olduğu bir vaxtda Azərbaycanda multikulturalizm, dinlərarası və mədəniyyətlərarası dialoq, tolerantlıq və harmonik etnik müxtəlifliyin özünəməxsus birgəyaşayış  modeli  formalaşmışdır.  Dünya, o cümlədən gürcülər bu modeli öyrənməkdədir.

  Dəyirmi masada çıxış edən Gürcüstan Beynəlxalq Münasibətlər və Siyasi Elmlər Akademiyasının prezidenti Semvoy Kupadze Azərbaycan Gürcüstan üçün nəinki böyük layihələr, neft və qaz, eləcə də nəqliyyat sahəsində əməkdaşlıq, o cümlədən mədəniyyət, elm və fərdlər arasında münasibətlər baxımından olduqca vacibdir. Bu gün münasibətlərimiz  strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu da digər sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də əməkdaşlıq əlaqələrimizin hərtərəfli inkişafına imkan yaradır. Gürcüstan Elmlər Akademiyasının prezidenti  Şirxan Adıgözəlovun tədqiqat əsərini yüksək dəyərləndirdi, Gürcüstan kitab araşdırmaçıları üçün bu sahədə qiymətli mənbə olduğunu qeyd etdi. 

“Azərkitab- Kitab Təbliğatı Mərkəzi”ndə  keçirilən Dəyirmi masada iştirak edən Millət vəkili Fəttah Heydərov, deputatlar, elmi ictimaiyyətin nümayəndələri, ziyalılar, yazıçılar, tədqiqatçılar çıxış edərək, Gürcüstan- Azərbaycan ədəbi, ictimai, mədəni, elmi, dostluq əlaqələrinin inkişafına, o cümlədən multikulturalizm dəyərləri haqda maraqlı təkliflər səsləndirdilər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png