ONN İnformasiya Agentliyi

Murmanskda 20 Yanvar şəhidlərinin xatirəsi anılacaq

Murmanskda 20 Yanvar şəhidlərinin xatirəsi anılacaq
08 Yanvar 2018 - 8:56

Murmanskda azərbaycanlı tələbələr, "Azərbaycan" milli-mədəniyyət muxtariyyətinin regional bölməsinin və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) yerli nümayəndəliyinin fəalları tərəfindən 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar tədbirlər keçiriləcək.

ONN media xəbər verir ki, tədbirlər çərçivəsində şəhidlərin xatirəsini anma mərasimləri, rəsm və fotolardan ibarət sərgilər təşkil olunacaq, faciə haqqında filmlər nümayiş etdiriləcək.

"Azərbaycan" milli-mədəniyyət muxtariyyətinin və RAGB-in yerli nümayəndəliyinin təşəbbüsü ilə yanvarın 20-də faciəyə həsr edilən elmi-praktik konfrans keçiriləcək. Tədbirdə bələdiyyə və hökumət orqanlarının əməkdaşları, Rusiyanın Murmansk Vilayəti İctimai Palatasının üzvləri, KİV və diaspor təşkilatlarının nümayəndələri iştirak edəcəklər.

"Azərbaycan" milli-mədəniyyət muxtariyyətinin Murmansk bölməsinin və RAGB-in yerli nümayəndəliyinin fəalları 1990-cı il yanvar hadisələrinin 28-ci ildönümü ilə bağlı dünya parlamentarilərinə Müraciət, habelə Rusiya Federasiyasının Murmansk Vilayəti Hökumətinin rəsmi saytında və bir sıra regional KİV-də dərc olunacaq press-reliz və məqalələr hazırlayıblar. (Azərtac)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png