ONN İnformasiya Agentliyi

Müsəvi niyə vaxtından əvvəl geri çağırıldı?

Müsəvi niyə vaxtından əvvəl geri çağırıldı?
02 Aprel 2023 - 19:55

İranın Azərbaycandakı səfirini vaxtından əvvəl dəyişmək qərarı ətrafında müzakirələr səngimir.

ONN media xəbər verir ki, İran mediası İranın Bakıdakı səfiri Seyid Abbas Musəvinin səlahiyyət müddəti başa çatmadan geri çağırılmasının səbəbi haqda sensasiyalı məlumatlar yayır. İddia edilir ki, A.Musəvinin Azərbaycan hakimiyyəti ilə yaxın münasibətləri olub və bu səbəbdən İranda hətta onun geri çağırılması üçün petisiya da başladılıb.

Musəvinin Azərbaycan hakimiyyəti ilə yaxın münasibətə malik olmasının İrana hansı “ziyanlar” vurduğuna isə aydınlıq gətirilməyib. Ümumiyyətlə, Musəvi səfir kimi öz dövlətinin maraqlarını müdafiə edib, hətta vaxtilə ifşa edilən İran şəbəkəsinin etiraf etdiyi kimi, diplomatik missiyaya aid maşından qanunla qadağan edilən təbliğat vasitələrinin və digər əşyaların Azərbaycan ərazisinə gətirilməsi üçün istifadə olunub. Əksinə, Musəvi vaxtından əvvəl məhz bu fəaliyyətinə görə geri çağırılmalı idi və yaxud elə buna görə də səlahiyyətinə xitam verilib.

Qeyd edək ki, İran Azərbaycandakı səfirinin diplomatik fəaliyyətinə vaxtından əvvəl xitam verib və onu geri çağırıb. Mediada yayılan məlumata görə, onun əvəzinə Müctəba Dəmirçi Azərbaycana səfir təyin edilib. M.Dəmirçi bundan öncə Qazaxıstan (2014-2018) və Gürcüstanda (2006-2010) diplomatik missiyanın rəhbəri, İranın Azərbaycandakı səfirliyinin ikinci katibi vəzifəsində fəaliyyət göstərib

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png