Nəbatət bağı ilə bağlı rəsmi açıqlama

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Mərkəzi Nəbatət Bağı ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Qurumdan ONN media-ya bildirilib ki, bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən Mərkəzi Nəbatət Bağı ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılır.

“Bildiririk ki, ağacların sayının azaldılması ilə bağlı yayılan məlumatlar da həqiqəti əks etdirmir, əksinə, orada mövcud olan yaşıllığın qorunub saxlanılması ilə yanaşı, ölkə başçısının tapşırıqlarına uyğun olaraq ərazidə sökülən çoxsaylı qanunsuz tikintilərin yerində yeni ağacların əkilməsi nəzərdə tutulub. Yeni qurulacaq bağa dair yayılan şəkillər isə ayrı-ayrı müəlliflər tərəfindən ilkin olaraq təqdim olunan və təsdiq olunmayan bir çox layihələrdən biridir”, – məlumatda deyilir.