ONN İnformasiya Agentliyi

Nənə və xala anasız uşağı küçəyə atdı

Nənə və xala anasız uşağı küçəyə atdı
13 May 2022 - 12:24

14 yaşlı Hüseynli Teymur Elçin oğlu Bakıda mənzili olsa da, küçədə yaşayır. Buna səbəb isə anasının vəfatından sonra nənəsinin və xalasının onu mənzilindən çıxarmasıdır. 

ONN media xəbər verir ki, bu barədə Gununsesi.info-ya insan haqları fəallarının təqdim etdiyi bu materialda qeyd olunub.

Təqdim olunan videoaçıqlamada Teymur anasından ona qalan mənzilin xalası tərəfindən kirayə verilməsindən danışıb. O bildirib ki, anası 2017-ci ildə onkoloji xəstəlikdən vəfat edib. Bir müddət öz mənzillərində nənəsi ilə yaşayıb.

Sonradan xalası nənəsini öz evinə aparıb və Teymuru da küçəyə atıb. Teymuru gecə saatda binanın blokunda görən qonşular onu mənzillərinə dəvət edib. İndi məhlə dostları növbə ilə Teymuru öz mənzillərində gecələmək üçün saxlayırlar.

Araşdırmamız zamanı bəlli olub ki, Teymurun anasından ayrılmış Elçin adlı atası Bakıda yaşayır. Qonşular bu barədə ona məlumat versələr də, özünə başqa həyat quran ata övladı ilə maraqlanmayıb.

Düşdüyü mövcud durum Teymurun təhsilini də yarımçıq qoyub. Çünki kitabları, geyimləri xalasının evində olduğundan onları götürə bilmir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png