ONN İnformasiya Agentliyi

Nəsirlinin həyatına qəsdlə bağlı – Rəsmi açıqlama

Nəsirlinin həyatına qəsdlə bağlı – Rəsmi açıqlama
24 Fevral 2020 - 20:19

Vətəndaş Ruslan Nəsirlinin müraciəti ilə əlaqədar fevralın 22-də Nəsimi rayonu ərazisində A.Mustafayev küçəsində həyatına qəsd olunması ilə bağlı iddiaları tam və hərtərəfli araşdırılıb.

ONN media xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Azərtac-a bildirib ki, sürücü müəyyənləşdirilərək Baş İdarəyə dəvət olunub. Onun hərəkətlərində “Yol hərəkəti haqqında” Qanuna uyğun olaraq manevr qaydalarının pozulması ilə bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilib.

Araşdırmalar zamanı R.Nəsirliyə qarşı hər hansı qəsd faktı təsdiqini tapmayıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png