ONN İnformasiya Agentliyi

“Natiq mənə həyatımın ən dəhşətli sürprizini etdi” –Vəfat edən jurnalistin xanımı+ Video

“Natiq mənə həyatımın ən dəhşətli sürprizini etdi” –Vəfat edən jurnalistin xanımı+ Video
24 Noyabr 2017 - 22:47

“Həmin gün mənə qızıl üzük və boyunbağı alıbmış, sürpriz edəcəkdi. Ancaq mənə həyatımın ən dəhşətli sürprizini etdi. O sürprizi həyatım boyu unutmayacağam”.

ONN media xəbər verir ki, bu sözləri noyabrın 22-də vəfat edən APA TV-nin jurnalisti Natiq Qədimovun həyat yoldaşı Nurlana Qədimova “Yeni Müsavat”a danışarkən deyib.

Həmin gün yeni evli olan cütlüyün ən xoşbəxt günü imiş. Natiq Qədimov işdən tez çıxıb, həyat yoldaşına hədiyyələr alaraq evə gəlib və bütün yaxın qohumlarını evə dəvət edib. Ailə yemək masası arxasında Qarabağ-Çelsi futbol matçını birlikdə izləyib. Süfrə arxasında Natiq Qədimov şən zarafatlarından, hər zamankı pozitivliyindən qalmayıb. Daha sonra çay süfrəsinə əyləşiblər.

Bacısı Esmira İbrahimova deyir ki, Natiq bir anda müvazinətini itirərək onun üstünə yıxılıb: “Əvvəlcə bunu zarafat hesab etdim. Bir anda baxdım ki, stoldan yerə yıxıldı. Artıq gec idi, bir anın içində Natiq keçinmişdi. Elə deyə-deyə, gülə-gülə bir anın içində… Hələ də şokdan ayıla bilməmişik.

ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png