Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyası çağırılıb

Dekabrın 30-da saat 11.00-da Naxçıvan şəhərində Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyası çağırılıb.

ONN media  xəbər verir ki, bununla bağlı bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov müvafiq qərar imzalayıb.

Sessiyanın gündəliyinə 2017-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları, Naxçıvan Muxtar Respublikasının 2018-ci il dövlət büdcəsinin, İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsinin və Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2018-ci il büdcəsinin təsdiq edilməsi, o cümlədən  Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) hesabatı daxil edilib.