Naxçıvana yeni təyin olunan nazir kimdir?- Dosye

Polkovnik Şahin Mirzəyev Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri təyin edilib.

ONN media yeni nazirin dosyesini təqdim edir:

Şahin Mirzəyev 1968-ci ildə Naxçıvan Muxtar Respublikasında anadan olub.

O, Azərbaycan Texniki Universitetini bitirib.

Yeni nazir bu vəzifəyə təyin edilənədək Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin rəisi vəzifəsini tutub. O, Şimal bölgəsindəki meşə yanğınları, Tufandağda itkin düşən alpinistlərin axtarışları və digər hadisələrlə bağlı axtarış-xilasetmə tədbirlərində yaxından iştirak edib