ONN İnformasiya Agentliyi

Naxçıvanda dəstək yürüşü keçirilir

Naxçıvanda dəstək yürüşü keçirilir
07 Fevral 2024 - 22:25

Bu gün keçirilən prezident seçkiləri ilə bağlı “ekzit-poll”un nəticələri elan olunan andan başlayaraq Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında Prezident İlham Əliyevə dəstək yürüşü keçirilib.

ONN media xəbər verir ki, minlərlə sakin küçə və prospektlərdə avtoyürüşlər təşkil edib, üçrəngli bayraqlarla qələbə şüarları səsləndiriblər.

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkisi baş tutub. “Ekzit-poll”arın nəticələrinə görə, seçicilərin yüksək fəallığı ilə keçirilən seçkilərdə İlham Əliyev inamlı qələbə qazanıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png