ONN İnformasiya Agentliyi

Naxçıvanda qanunsuz yaşayan 14 əcnəbi aşkar edildi

Naxçıvanda qanunsuz yaşayan 14 əcnəbi aşkar edildi
29 Noyabr 2018 - 19:49

Naxçıvan Muxtar Respublikasında miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, o cümlədən qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər ötən ay ərzində də davam etdirilib.

ONN media ölkə.az -a istinadən xəbər verir ki, xidmət tərəfindən muxtar respublika ərazisində qanunsuz yaşayan və qeydiyyatsız olan, habelə qanunsuz əmək fəaliyyəti ilə məşğul olan 14 əcnəbi aşkarlanaraq Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq barələrində müvafiq tədbirlər görülüb.

Ümumilikdə, ötən dövrdə Dövlət Miqrasiya Xidmətinə daxil olan 967 müraciətin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul olunub, olduğu yer üzrə qeydiyyatla bağlı 644 müraciət qeydə alınaraq icrası təmin edilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png