ONN İnformasiya Agentliyi

Nazir Mehman Təhməzovu vəzifədən azad etdi

Nazir Mehman Təhməzovu vəzifədən azad etdi
17 Oktyabr 2019 - 13:44

Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, polis general-mayoru Mehman Təhməzov vəzifəsindən azad edilərək təqaüdə göndərilib.

ONN media xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, M.Təhməzov xidmətdə olmanın son həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.

İnterpolun Milli Mərkəzi Bürosunun rəisi vəzifəsinə hələlik təyinat olunmayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən faktı təsdiqləyiblər.

Qeyd edək ki, M.Təhməzov Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisi vəzifəsinə 2012-ci ildə təyin edilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png