ONN İnformasiya Agentliyi

Nazirlik: Düşmən 8 gün ərzində 4 itki, 10 yaralı verib

Nazirlik: Düşmən 8 gün ərzində 4 itki, 10 yaralı verib
12 Yanvar 2018 - 14:23

"Yalnız rəsmi məlumatlara görə, cari ilin cəmi 8 günü ərzində işğalçı ordunun 4 nəfər hərbi qulluqçusu ölüb, 10 nəfəri isə ağır yaralanıb".

Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan və işğal altında yerləşən Qarabağda düşmən itkilərinin sayı daim artır.

Nazirlik yalnız rəsmi məlumatlara əsasən, 2017-ci ildə düşmən tərəfinin 32 döyüş və 30 qeyri-döyüş itkisi verdiyini, o cümlədən ermənilərin 100-dək yaralısı olduğunu bildirib. Düşmənin rəsmi məlumatlarını qismən də olsa erməni KİV-ləri yalanlayıb. Belə ki, erməni KİV-lərində bu say 60 olaraq göstərilib.

Müdafiə nazirliyinin məlumatına görə, həqiqətdə Ermənistan tərəfinin real itkiləri rəsmi göstərilən rəqəmlərdən qat-qat artıqdır. "Yalnız rəsmi məlumatlara görə, cari ilin cəmi 8 günü ərzində işğalçı ordunun 4 nəfər hərbi qulluqçusu ölüb, 10 nəfəri isə ağır yaralanıb", – deyə nazirliyin açıqlamasında bildirilib. (ordu.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png