ONN İnformasiya Agentliyi

Nazirlik Koronavirusla Mübarizəyə Dəstək Fonduna 139606 manat vəsait köçürdü

Nazirlik Koronavirusla Mübarizəyə Dəstək Fonduna 139606 manat vəsait köçürdü
25 Mart 2020 - 17:20

Energetika Nazirliyi və tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyi ölkə əhalisinin sağlamlığının qorunması və koronavirus infeksiyasına (COVID-19) qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlərin tərkib hissəsi kimi Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsaitlərin köçürülməsi təşəbbüsünə qoşulub.

Energetika Nazirliyi və tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna 139 606 manat vəsait köçürüb. Energetika Nazirliyi və tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinin rəhbərliyi bir aylıq əmək haqqını tam, əməkdaşlar isə öz aylıq əmək haqlarının bir qismini Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüblər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png