ONN MEDİA

Nazirlikdə yeni təyinat

Nazirlikdə yeni təyinat
12 İyun 2019 - 20:56

Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) yeni təyinat olub.

ONN media xəbər verir ki, Mürsəl Əliyev Nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi vəzifəsinə təyin edilib.

Bu təyinata qədər M. Əliyev ETSN-nin Mineral Xammal Analitik Elmi Tədqiqatlar Mərkəzinin rəhbəri, Mineral Xammal Elmi Tədqiqat İnstitutunun direktoru və Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin direktoru vəzifələrində çalışıb.

Mürsəl Əliyev 90-dan artıq elmi əsərin, 6 kitabın, 4 dərs vəsaitinin, 2 metodik vəsaitin və 3 ixtiranın müəllifidir.

OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png