ONN İnformasiya Agentliyi

Nazirlikdən Novruz bayramı ilə bağlı əhaliyə MÜRACİƏT

Nazirlikdən Novruz bayramı ilə bağlı əhaliyə MÜRACİƏT
05 Mart 2019 - 19:55

Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyinə dair Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib. 

ONN media xəbər verir ki, müraciətdə deyilir:

“Hər birimiz üçün əziz olan Novruz bayramı ilə əlaqədar keçirilən müxtəlif mərasimlərdə yanğın təhlükəsi ilə üzləşməmək üçün bir sıra təhlükəsizlik qaydalarını bilmək vacibdir:

– bayram tonqalının ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalıdır;

– tonqal elektrik naqili, ağac, avtomobil, ev və digər yanar materiallardan kənarda yandırılmalıdır;

– tonqal tam sönənədək nəzarətdə saxlanılmalıdır;

– tonqal üzərindən atılarkən ehtiyatsızlıq geyimin alışmasına, bədənin xəsarət almasına səbəb ola bilər;

– yandırılan şamlar nəzarətsiz qalmamalıdır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png