Nazirliyin idarə rəisi vəzifədən azad edildi

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Elman Məmmədov vəzifədən azad edilib.

ONN media  xəbər verir ki, E.Məmmədov nazir A.Kərimovun imzaladığı əmrlə işdən çıxarılıb.

Qeyd edək ki, E.Məmmədovun yeni vəzifəyə təyin ediləcəyi bildirilib.