Novruz bayramının ilk çərşənbələri nə vaxt olacaq?

Azərbaycanda Novruz bayramının ilk çərşənbəsi (Su çərşənbəsi) fevralın 27-də olacaq.

ONN media xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb.

Qeyd olunub ki, Od çərşənbəsi martın 5-də, Yel çərşənbəsi martın 12-də, sonuncu – Torpaq çərşənbəsi isə martın 19-da olacaq.

Xatırladaq ki, martın 20-si saat 07:06:21-də Azərbaycanda yaz fəsli başlayır. Həmin vaxt gecə ilə gündüz bərabərləşir. Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsib cənub yarımkürəsindən şimal yarımkürəsinə keçir və həmin andan şimal yarımkürəsində yaz fəsli, cənub yarımkürəsində isə payız fəsli başlayır. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 44 dəqiqə 35 saniyə olacaq.