ONN İnformasiya Agentliyi

Ödənişli yolda maksimum sürət həddi NECƏ OLACAQ?

Ödənişli yolda maksimum sürət həddi NECƏ OLACAQ?
22 Yanvar 2024 - 16:50

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolu üç aydır istifadəyə verilib. Amma indiyə kimi sürücülər arasında yolda maksimal sürət həddi ilə bağlı müzakirələr aparılır.

ONN media xəbər verir ki, artıq ödənişli avtomobil yolunda maksimal sürət həddini göstərən yol nişanları quraşdırılıb.

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 129 kilometrlik ödənişli hissəsində ən yüksək sürət həddi 110 km/saatdır. Yolun başlanğıc nöqtəsi – Yeni Yaşma ödəmə məntəqəsindən, son nöqtəsi – Yeni Sudur ödəmə məntəqəsinədək olan hissəsində bütün yolboyu sürət həddini göstərən nişanlara rast gəlmək olar.

Bununla yanaşı yaxın vaxtlarda yolda radarlar və digər xüsusi texniki vasitələrin quraşdırılması da nəzərdə tutulub. Artıq yolboyu radar və videokamera nişanları yerləşdirilib.

Hazırda ödəmə məntəqələrində də yalnız POS-terminal vasitəsilə nağdsız qaydada ödəniş etmək mümkündür. Yeni yolda hələlik yanacaqdoldurma və təmir məntəqələri fəaliyyət göstərmir.

Hazırda yoldan daha çox yük avtomobilləri istifadə edir. Həftəsonları isə yolda minik avtomobillərinin sayı da çoxalır. Şimal bölgəsinə istirahətə gələnlər yeni yoldan istifadə etməyə üstünlük verirlər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png