ONN İnformasiya Agentliyi

Ödənişli yolda veteranlar üçün güzəşt var?

Ödənişli yolda veteranlar üçün güzəşt var?
27 Fevral 2024 - 19:26

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədinə qədər olan ödənişli avtomobil yolunun müharibə veteranları üçün pullu olması narazılıq yaradıb.

ONN media xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə paylaşımlar edilib.

Məsələni aydınlaşdırmaq üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) sorğu ünvanladıq.

AAYDA-dan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qurum ödənişli avtomobil yolunda nəqliyyat vasitələrinin gedişinin təşkili ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin edir:

“Qiymətlər isə Tarif Şurası tərəfindən müəyyən edilib. Şura ödənişli avtomobil yolu ilə nəqliyyat vasitəsinin gedişi üçün ödənişin məbləğini avtomobil yolunun dərəcəsi, nəqliyyat vasitəsinin qət etdiyi məsafə, çəkisi və ay ərzində gedişlərin sayı nəzərə alınmaqla təsdiq edib. Tariflər təsdiq edilərkən hər hansı güzəşt nəzərdə tutulmayıb

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png