Ölkəmizdə bu agentlik zərərlə işləməyə başladı

Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA) 2022-ci ili 254 min manat zərərlə başa vurub. Halbuki, Agentlik 2021-ci ildən 933 min manat mənfəətlə çıxmışdı.

ONN media xəbər verir ki, ötən il ADRA-nın gəlirləri 6,12 milyon manat (illik müqayisədə 4,8 % az), xərcləri isə 6,375 milyon manat (16 % çox) təşkil edib.Bu il yanvarın 1-nə ADRA-nın aktivləri 7,259 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 5,65 % azdır. Ötən il Agentliyin öhdəlikləri 38,6 % azalaraq 288 min manata, balans kapitalı isə 3,5 % azalaraq 6,971 milyon manata düşüb.

Xatırladaq ki, ADRA ölkə prezidentinin 20 iyun 2017-ci il tarixli fərmanı ilə publik hüquqi şəxs kimi yaradılıb. Onun nizamnamə kapitalı 10 min manatdır. Agentlik açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, onlar üzərindəki reklamların hazırlanması və yayımlanması sahəsində vahid tənzimləməni və nəzarəti həyata keçirir.