ONN İnformasiya Agentliyi

Ölkədə bu xəstəliklər azaldı

Ölkədə bu xəstəliklər azaldı
21 Yanvar 2020 - 21:24

Səhiyyə Nazirliyinin məlumatına əsasən, ötən ilin yanvar-noyabr aylarında 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə ölkədə qonokokk infeksiyası ilə (45,5 faiz), Hepatit B virusu ilə (29,4 faiz), Hepatit C virusu ilə (19,8 faiz), sifilis ilə (13,5 faiz), su çiçəyi ilə (8,2 faiz), ağciyər vərəmi ilə (2,4 faiz) xəstələnmə halları azalıb.

Dövlət Statistika Komitəsindən ONN media -ya verilən məlumata görə, müqayisə olunan dövrdə əhalinin 100 min nəfərinə düşən xəstələnmə hallarının sayı qonokokk infeksiyası üzrə 45,8 faiz, hepatit B virusu üzrə 30,8 faiz, hepatit C virusu üzrə 18,2 faiz, sifilis üzrə 13,8 faiz, su çiçəyi üzrə 9,0 faiz, ağciyər vərəmi üzrə 3,2 faiz azalıb.

Kəskin poliomielit, epidemik parotit, məxmərək, anadangəlmə məxmərək sindromu, difteriya, yeni doğulmuşlarda tetanus, göyöskürək və malyariya xəstəlikləri qeydə alınmayıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png