ONN İnformasiya Agentliyi

“Onlar təmənnasız vətənpərvərlərdirlər” – Elnur Eltürk

“Onlar təmənnasız vətənpərvərlərdirlər” – Elnur Eltürk
15 Yanvar 2018 - 16:30

“Bu gün “Azərbaycanca Vikipediya”da fəaliyyət göstərən idarəçilər, istifadəçilər tərəfindən istər “Azərbaycanca Vikipediya”da, istərsə də digər dillərdə olan Vikipediyada ölkəmizlə bağlı maraqlı məqalələr yaradırlar. Onların əməyi xüsusi qeyd edilməlidir. Mən onları təmənnasız vətənpərvərlər adlandırardım”.

ONN media xəbər verir ki, bu sözləri AMEA Mərkəzi Elmi Kitabxanasının şöbə müdiri Elnur Eltürk 15 yanvar – Beynəlxalq Vikipediyaçılar Günü ilə bağlı danışarkən deyib.

O, sözlərinə belə davam edib: “Qarşıda planlar çoxdur. AMEA Mərkəzi Elmi Kitabxanasında təşkil edən Vikipediya təliminin iştirakçıları sistemli şəkildə məqalələr yaradırlar, yarımçıq qalmış məqalələri redaktə edib genişləndirirlər. “AXC-100” çərçivəsində bir sıra tarixi şəxsiyyətlərimiz haqqında məqalələr müxtəlif dillərə tərcümə olunacaq. Xüsusilə, məqalələrin tərcüməsində “Şəms” Tərcümə Xidmətləri Mərkəzinin əməkdaşları təmənnasız dəstək verirlər. Qarşıda bu layihə haqqında ətraflı məlumat veriləcək.

Bütün vikipediyaçıları bu gözəl gün münasibətilə təbrik edirəm. Vikipediyanın zənginləşdirilməsində göstərdikləri könüllü xidmətlərinin davamlı və faydalı olmasını diləyirəm”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png