ONN İnformasiya Agentliyi

Oqtay Əsədov Qırğızıstana gedir

Oqtay Əsədov Qırğızıstana gedir
06 Dekabr 2017 - 16:32

Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti Türkdilli Ölkələrin Parlament Assambleyasının Şura iclasında və təşkilatın 7-ci plenar sessiyasında iştirak etmək üçün sabah Qırğızıstanın paytaxtı Bişkek şəhərinə səfər edəcək.

ONN media xəbər verir ki, TÜRKPA Assambleya Şurasının iclasında qurumun fəaliyyəti ilə bağlı məsələlər, o cümlədən növbəti plenar sessiyanın gündəliyinə təklif olunan sənəd layihələri müzakirə olunacaq.

Plenar sessiyada “Parlamentin açıqlığı və şəffaflığı: qərarların qəbul edilməsində yeni texnologiyalar” mövzusunda dinləmələr keçiriləcək, bir sıra təşkilatı məsələlərə baxılacaq, qurumun komissiyalarının hesabat məruzələrinə münasibət bildiriləcək. Sessiyada Milli Məclisin sədri çıxış edəcək.

Səfər çərçivəsində parlamentin spikeri Oqtay Əsədovun tədbirdə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulub.

Səfər dekabrın 8-də başa çatacaq.

Qeyd edək ki, nümayəndə heyətinin tərkibinə Milli Məclisin komitə sədri Əhliman Əmiraslanov, deputatlardan Sevinc Hüseynova, Əliyev İlham, Sədaqət Vəliyeva, Ağalar Vəliyev, Cavanşir Feyziyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png