Oqtay Əsədov şadlıq saraylarına ETİRAZ ETDİ

“Şadlıq sarayları bahalı olsa da, akustika sistemi normal deyil. Xeyli böyük şadlıq evi tikilib. Bahalı olduğu üçün kimsə akustika sisteminə baxmır”.

ONN media bildirir ki, bu fikirləri Milli Məclisin iclasında spiker Oqtay Əsədov deyib.

Oqtay Əsədovun sözlərinə görə, az sayda şadlıq evi var ki, orada akustika normativə uyğun şəkildə quraşdırlıb.

Qeyd edək ki, parlamentdə çıxış edən deputat Qüdrət Həsənquliyev bir sıra restoranlarda akustika sisteminin normal qurulmadığını bildirib. Bununla bağlı tədbir görülməsini təklif edib.