ONN İnformasiya Agentliyi

Oqtay Əsədov Çin səddində

Oqtay Əsədov Çin səddində
24 İyun 2018 - 21:58

ONN media xəbər verir ki, Ümumçin Xalq Nümayəndələri Məclisinin sədri Li Canşunun dəvətilə Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərliyi ilə parlament nümayəndə heyətinin Çin Xalq Respublikasına rəsmi səfəri davam edir.
Məclis aparatından verilən məlumata görə, iyunun 21-də nümayəndə heyəti Şərq aləminin nadir tarixi-memarlıq və maddi-mədəniyyət abidələrindən hesab olunan Böyük Çin səddini ziyarət edib.
Bildirilib ki, insan əli ilə yaradılmış çox heyrətamiz möcüzələrdən olan Çin səddinin inşası e.ə. III əsrdə başlayıb və bir neçə yüz il davam edib.
Çinin şərqindən qərbinə doğru uzanan Böyük Çin səddinin tamaşasına dünyanın müxtəlif ölkələrindən hər il milyonlarla turist gəlir.
UNESCO-nun Dünya İrsi siyahısına daxil olan Böyük Çin səddi ölkənin ən böyük və ən möhtəşəm sənət abidəsi olmaqla yanaşı, Çin xalqının qürur mənbəyi, habelə ölkənin tarixi rəmzi hesab edilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png