ONN İnformasiya Agentliyi

Oqtay Gülalıyevin son durumu: İrəliləyiş var

Oqtay Gülalıyevin son durumu: İrəliləyiş var
13 Dekabr 2019 - 16:48

Atam Oqtay Gülalıyevin durumunda irəliləyiş müşahidə olunur.

ONN media xəbər verir ki, bu barədə məlumatı keçirdiyi qəzadan sonra komaya düşən hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlu Təbriz Gülalıyev sosial şəbəkə hesabında paylaşıb.

T.Gülalıyev bildirib ki, son 2 gündə Oqtay Gülalıyevin qızdırması olmayıb:

“Nəfəs alması da yaxşılaşıb. Həmçinin böyrəklərində olan keratinin səviyyəsi azalmağa doğru gedir”.

Xatırladaq ki, 29 oktyabr tarixində yolu keçərkən avtomobil vurması səbəbindən beyni əzilən və beyin əməliyyatı olan hüquq müdafiəçisi Oqtay Gülalıyev hazırda Türkiyənin İstanbul şəhərindəki “Amerikan” xəstəxanasında müalicə alır. O.Gülalıyevin müalicəsi Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png