ONN İnformasiya Agentliyi

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? 

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? 
25 Aprel 2024 - 13:59

Burada vacib olan delimitasiyanın başlamasıdır və proses 15 mayadək davam edəcək. Ondan sonra isə DSX-nın bölmələri müəyyən olunmuş sərhədi təhvil alacaq.

Bu sözləri DSX-nin Qazaxın Ermənistandan təhvil alınan 4 kəndi tam nəzarətə götürəcəyi tarix haqqında danışan hərbi ekspert Elxan Şıxəliyev deyib.

“İlk olaraq sərhəd dirəkləri basdırılmalı, sonra ərazini DSX nəzarətə götürülməli, onların arxasında isə Azərbaycan Ordusunun yeni mövqeləri və infrastruktur qurulmalıdır. İnfrastrukturun qurulmasına təminat yollarının çəkilməsi, müşahidə postlarının qoyulması, kazarmaların inşası və s. daxildir. Bütün sadalananları nəzərə alsaq, prosesin 2-3 ay vaxt alacağını demək olar. Hazırda Ermənistanda bunu əngəlləmək istəyənlərin təşkil etdikləri iğtişaşların da vaxt itkisinə səbəb olduğunu nəzərə almalıyıq”, – ekspert qeyd edib.

Qeyd edək ki, aprelin 23-də ölkələrin ekspert qrupları Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlayıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png