Ötən il Azərbaycanda ölənlərin yarıdan çoxu infarkt keçirib

“2017-ci ildə Azərbaycanda əhali arasında ölümlərin ən əsas səbəbi ürək-damar sistemi xəstəlikləri olub”.

ONN media-nın APA-ya itinadən məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında kardioloq cərrah, deputat Rəşad Mahmudov bildirib.  

O qeyd edib ki, vəfat edənlərin 57.8 faizi ürək çatışmazlığından ölüb: “Bu sahədə dinləmələr keçirmək, tədbirlər görmək lazımdır”.