ONN İnformasiya Agentliyi

Ötən il Azərbaycanda uşaqlara ən çox qoyulan adların siyahısı – RƏSMİ

Ötən il Azərbaycanda uşaqlara ən çox qoyulan adların siyahısı – RƏSMİ
22 Yanvar 2020 - 18:40

Ötən il Azərbaycanda uşaqlara ən çox qoyulan adların siyahısı açıqlanıb.

ONN media bildirir ki, Ədliyyə Nazirliyindən “Apa”-nın sorğusuna cavab olaraq bildirilib ki, siyahıda uşaqlara ən çox qoyulmuş 10 ad yer alıb.

Ötən il yeni doğulan oğlan uşaqlarına ən çox qoyulan ad Yusif, qızlara qoyulan ad isə Zəhra olub. Belə ki, 2019-cu ildə doğulan 2464 uşağa Yusif, 2468 uşağa isə Zəhra adı qoyulub.

Həmçinin qeyd olunub ki, ötən il 2262 uşağa Əli, 1977 uşağa Hüseyn, 1545 uşağa Nuray, 1452 uşağa Fatimə, 1706 uşağa Zeynəb, 1587 nəfər Aylin, 1424 uşağa Ömər, 1603 Məryəm adı qoyulub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png