ONN İnformasiya Agentliyi

Ötən il doğulan körpələrin 53,2 faizi oğlandır

Ötən il doğulan körpələrin 53,2 faizi oğlandır
21 Yanvar 2020 - 19:49

Ötən ilin 11 ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 129183 doğulan körpə qeydə alınıb.

Dövlət Statistika Komitəsindən ONN media -ya verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə bu göstərici 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə dəyişməyərək eyni səviyyədə (14,2) qalıb. Doğulanların 53,2 faizi oğlan, 46,8 faizi isə qız uşaqlarıdır. Körpələrdən 3102-si əkiz, 102-si üçəm, 8-i isə dördəm doğulanlardır.

2019-cu ilin yanvar-noyabr aylarında ölkədə 50796 ölüm halı qeydə alınıb.

2018-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,8-dən 5,6-ya düşüb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png