ONN İnformasiya Agentliyi

Özbəkistan kanalı Azərbaycan serialını oğurladı – VİDEO – FOTO

Özbəkistan kanalı Azərbaycan serialını oğurladı – VİDEO – FOTO
25 Yanvar 2018 - 14:53

Özbəkistanın dövlət televiziyası – "Toşkent" TV bir neçə müddət öncə "Azad Azərbaycan" telekanalında yayımlanan "Günəşim ol" serialını oğurlayıb.

ONN media oxu.az-a istinadla xəbər verir ki, kanal İlqar Fəhminin əsərinin motivləri əsasında Şahin Qəhrəmanın rejissorluğu ilə çəkilən ekran işini "Youtube" kanalından icazəsiz götürərək yayımlayır.

Serial Özbəkistanda "Qalbim Quyoşi" ("Qəlbimin günəşi") adı ilə həftəiçi beş gün efirə gedir.

Məsələ ilə bağlı ekran əsərinin rejissoru Şahin Qəhrəman ilə əlaqə saxladıq. Rejissor bildirdi ki, məsələdən xəbərsizdir:

"Bundan xəbərim yox idi, siz deyəndən sonra məlumatım oldu. Böyük ehtimal, onlar serialı internetdən götürüblər. Serialın prodüseri Yaşar Əhmədov gəlsin, biz bununla məşğul olacağıq. Yəqin ki, belə qalmaz. Çünki burada bütün komandanın əziyyəti var. "Günəşim ol" Bakıdan kənarda – regionda bir neçə ay çəkilən ilk serialdır".

ATV telekanalından da bildirildi ki, serial "Toşkent" televiziyasına satılmayıb. Onlar sözügedən kanaldan təqdim etdiyimiz linklə tanış olandan sonra qeyd etdi ki, video oğurlanıb və loqo kəsilib:

"Məsələdən xəbərsiz idik, videodan da göründüyü kimi, onlar ATV-nin loqosunu kəsib, öz kanallarında yayımlayıblar".

Qeyd edək ki, "Günəşim ol" serialında baş rolları Rəşad Kəsəmənli, Günel Məmmədova və Elnar Qarayev canlandırıb. Dram janrında olan serial 158 seriya yayımınlanıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png