ONN İnformasiya Agentliyi

Özünü yandıran qazinin aqibəti necə oldu?

Özünü yandıran qazinin aqibəti necə oldu?
19 Avqust 2022 - 10:56

Ötən gün Samux Rayon İcra Hakimiyyətinin binası qarşısında özünü yandıran şəxsin vəziyyəti açıqlanıb.

TƏBİB-dən ONN media-ya bildirilib ki, vətəndaş Təbriz Abdullayev avqustun 18-i saat 16:30 radələrində Nərimanov Tibb Mərkəzinin Yanıq şöbəsinə bədəninin 75-80% yanığı, III-IV dərəcəli termiki alov xəsarəti ilə daxil olub.

Hazırda reanimasiya şöbəsində həkim nəzarəti altındadır, vəziyyəti ağırdır.

Qeyd edək ki, Təbriz Abdullayev əvvəlcə Gəncə şəhərindəki xəstəxanaya yerləşdirilsə də, sonradan Bakıya göndərilib. Onun bədəninin 60 faizə qədəri yanıb.

T. Abdullayevin Vətən müharibəsi qazisi olduğu bildirilir

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png