ONN İnformasiya Agentliyi

Parlamentdə Qərbi Azərbaycanla bağlı ictimai dinləmə keçiriləcək

Parlamentdə Qərbi Azərbaycanla bağlı ictimai dinləmə keçiriləcək
08 İyun 2023 - 17:19

İyunun 12-də Milli Məclisdə parlamentin Mədəniyyət komitəsinin təşkilatçılığı ilə “Qərbi Azərbaycan: soyqırıma məruz qalan tarixi-mədəni irsimiz. Qərbi Azərbaycanın tarixi və mədəni irsinin dirçəlişi” mövzusunda ictimai dinləmə keçiriləcək.

ONN media bildirir ki, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, dinləmədə Milli Məclisin deputatları, mövzu ilə əlaqədar aidiyyəti qurumların rəhbərləri, alim və tədqiqatçılar, media orqanlarının rəhbər şəxsləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edəcəklər.

Tədbir iştirakçıları Qərbi Azərbaycanda tarixi-mədəni irsimizin soyqırıma məruz qalması, bu kimi halların beynəlxalq ictimaiyyətə çatdırılması, bu bölgədə Azərbaycanın tarixi və mədəni irsinin bərpası və dirçəlişi ilə bağlı fikirlərini bölüşəcəklər, təkliflərini verəcəklər//metbuat.az

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png