Parlamentin növbəti plenar iclasının gündəliyi

Azərbaycan Respublikasının Milli Məclisi 13 fevral tarixində növbəti plenar iclasını keçirəcək.

ONN media xəbər verir ki, artıq plenar iclasın gündəliyi açıqlanıb. Gündəliyə 18 məsələ daxil edilib.

Bunlar "Konstitusiya Məhkəməsi haqqında", "Ələt azad iqtisadi zonası haqqında", "Energetika haqqında", "Elektroenergetika haqqında", "Qaz təchizatı haqqında", "Daşınmaz əmlakın dövlət reyesteri haqqında" və s. qanunlara, o cümlədən İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihələri daxildir. 

Bundan başqa, yeni hazırlanan "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanun layihəsi müzakirəyə çıxarılacaq. İclasda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsinə də baxılacaq.