Partlayış baş verən ərazidə son durum necədir?

Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş partlayışla əlaqədar binaya qazın verilişinin müvəqqəti dayandırılması səbəbindən bina sakinlərinin gecələməsi üçün Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunları tərəfindən ərazidə çadırlar qurulub.

Bu barədə ONN media-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, sakinlərin müvəqqəti qalması üçün nəzərdə tutulmuş çadırlar yaşayış üçün müvafiq şəraitlə təmin olunub.