ONN İnformasiya Agentliyi

Peşə-ixtisas təhsili müəssisələrinin müəllimlərinin maaşları açıqlandı

Peşə-ixtisas təhsili müəssisələrinin müəllimlərinin maaşları açıqlandı
02 Fevral 2018 - 12:07

Bu il yanvarından 1-dən etibarən dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin aylıq vəzifə maaşları açıqlanıb.

ONN media xəbər verir, bu, Nazirlər Kabinetinin “Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində idarəetmə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları sxeminin və məbləğlərinin təsdiq edilməsi haqqında” qərarında əksini tapıb.

Qeyd olunur ki, diaqnostik qiymətləndirilmədən keçmiş ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan ali təhsilli müəllimin bir stavka dərs yükü 18 saat olmaqla, aylıq vəzifə maaşı pedaqoji stajı üç ilədək olduqda 350 manat, pedaqoji stajı üç ildən səkkiz ilədək olduqda 375 manat, pedaqoji stajı səkkiz ildən 13 ilədək olduqda 395 manat, pedaqoji stajı 13 ildən 18 ilədək olduqda 420 manat, pedaqoji stajı 18 ildən çox olduqda 450 manat olacaq.

Diaqnostik qiymətləndirilmədən keçmiş ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan orta ixtisas təhsilli müəllimin bir stavka dərs yükü 18 saat olmaqla, aylıq vəzifə maaşı pedaqoji stajı üç ilədək olduqda 320 manat, pedaqoji stajı üç ildən səkkiz ilədək olduqda 335 manat, pedaqoji stajı 8 ildən 13 ilədək olduqda 350 manat, pedaqoji stajı 13 ildən 18 ilədək olduqda 370 manat, pedaqoji stajı 18 ildən çox olduqda 400 manat olacaq.

Dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin aylıq vəzifə maaşlarına qrup rəhbərliyinə görə 50 manat əlavə ödəniləcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png