Polis əhalidən pul yığa bilərmi? – RƏSMİ CAVAB

Sosial şəbəkələrdə polis əməkdaşlarının əhalidən pul yığmasına dair iddialar dolaşır.

ONN media xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev məsələyə münasibət bildirib.

E.Hacıyevin sözlərinə görə, bu məsələdə məcburiyyət yoxdur:

“Polis əməkdaşları tərəfindən profilaktik məqsədli olaraq sakinlərlə iş aparılır ki, yaşayış binalarında kameralaşmaya üstünlük verilsin.

Məcburiyyət yoxdur. Əlbəttə, razılaşmayanlar var.

Hər bir halda bu iş davam etdirilir”.