ONN İnformasiya Agentliyi

Polisdən açıqlama – Elton Əliyev…

Polisdən açıqlama – Elton Əliyev…
16 Sentyabr 2019 - 17:07

Xəzər RPİ-nin 3-cü Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini olan 3 nəfər avqust ayında ayrı-ayrı vaxtlarda naməlum şəxsin aldadaraq onlardan ümumilikdə 230 manat pul aldıqlarını bildiriblər.

ONN media Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, müraciətlərlə əlaqədar müvafiq araşdırmalar aparılıb, qısa müddətdə həmin şəxs müəyyən edilib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluqları törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvələr də analoji əmələ və narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Elton Əliyev 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png