Premyer Liqanın tarixinə düşdü

“Çelsi”nin futbolçusu Tyaqo Silva İngiltərə Premyer Liqasının 12-ci turunun “Mançester Siti” ilə oyununda (4:4) qollardan birini vuraraq, klub tarixinə düşüb.

ONN Media xəbər verir ki, braziliyalı müdafiəçi Premyer Liqada 39 yaşdan yuxarı qol vuran 4-cü futbolçu olub. Əvvəllər bunu yalnız Din Uindass, Teddi Şeringem və Ryan Giqqz nail olub. Bu barədə “Opta Sports” məlumat yayıb.

39 yaşlı Silva 2020-ci ildə “Çelsi”yə keçib. Bu müddət ərzində braziliyalı müdafiəçi London klubunun heyətində 127 matçda iştirak edib.

O, 6 qol vurub və 4 məhsuldar ötürmə edib. “Çelsi” ilə Tyaqo 2020-ci ildə Çempionlar Liqasının, həmçinin Avropa Superkubokunun və Klublararası Dünya Çempionatının qalibi olub.

Bu mövsüm braziliyalı bütün turnirlərdə 12 matçda iştirak edib və 1 qol vurub. Futbolçunun London klubu ilə hazırkı müqaviləsi 30 iyun 2024-cü ilə qədərdir.