ONN İnformasiya Agentliyi

Prezident ermənilərə sərhəddən bu mesajı verdi

Prezident ermənilərə sərhəddən bu mesajı verdi
06 İyun 2020 - 9:04

Prezident İlham Əliyevin cəbhəyanı bölgələrə səfəri zamanı burada gənclərlə görüşməsi və məhz onların qarşısında tarixi həqiqətlərdən danışması örnək addımdır.

Bu sözləri ONN media-a açıqlamasında millət vəkili Elman Nəsirov Prezident İlham Əliyevin iyunun 3-də Tərtər rayonunun bir qrup idmançısı ilə görüşündə səsləndirdiyi fikirləri şərh edərkən deyib. O bildirib ki, Azərbaycan Prezidenti Ermənistana bir daha diplomatik cavab verdi:

“Prezidentin cəbhəyanı bölgələrə səfər edib, oradan artıq bəlli olan mesajları verməsi bir daha bu qənaətə gəlməyə imkan verir ki, Azərbaycan dövləti Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində hücum diplomatiyasını gücləndirməkdədir. Bu, mahiyyət etibarilə çox önəmli bir səfər idi. Çünki ölkə başçısı bu səfər ilə ermənilərin danışıqlar prosesinə zərər verən provokativ əməllərinə özünəməxsus şəkildə cavab verdi”.

Deputat vurğulayıb ki, Prezident Ermənistana təkcə Qarabağın yox, İrəvanın da qədim Azərbaycan torpağı olduğunu xatırlatdı:

“Müharibə yalnız cəbhədə hərbi texnika və canlı qüvvə ilə getmir. Ölkə başçısı cəbhə bölgəsinə səfəri zamanı bunu bir daha sübut etdi. Tərtər rayonu ərazisində Dövlət Rəmzləri Muzeyinin açılışını etməsi özü belə xüsusi mesaj idi. Bu gün erməni tərəfinin işğal olunmuş torpaqlardakı tarixi abidələrimizin mənimsənməsi, bu ərazilərin əsl tarixini saxtalaşdırmaq cəhdlərinə Dövlət Rəmzləri Muzeyinin ilə reaksiya verildi. Muzeyin açılışı “Qarabağın əsl tarixi Qarabağdan öyrənilməlidir” mesajı idi. Bu gün nəinki İrəvanın, Qarabağın yerli toponimləri ermənilər tərəfindən dəyişdirilib. Bu muzey həm də saxtalaşdırılmasına çalışılan tariximizin reallıqlarını özündə ehtiva edir. Ölkə başçısının cəbhəyanı ərazilərə səfərinin ən vacib məqamlarından biri bir daha İrəvan həqiqətlərinin dilə gətirməsi oldu. Prezidentin İrəvanın qədim Azərbaycan torpağı olduğunu, bunu heç zaman unutmadığımızı növbəti dəfə dilə gətirməsi mühüm siyasi və ictimai əhəmiyyət daşıyır”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png